HACIYEV Asәf Hacı oğlu (d.29.5.1951, Gәncә ş.) – Azәrb. riyaziyyatçısı, fizika-riyaziyyat e.d. (1993), AMEA-nın m. üzvü (2001). M.V.Lomonosov ad. Moskva Dövlәt Un-tini bitirmişdir (1973). AMEA-nın Kibernetika İn-tunda laboratoriya rәhbәri (1996 ildәn), BDU-da kafedra müdiri (2001 ildәn) işlәmişdir. Elmi işlәri ehtimal nәzәriyyәsi vә riyazi statistika sahәsinә aiddir. Geniş kütlәvi xidmәt sistemlәri üçün xüsusi gecikmәlәr sinfindә idarәetmә nәzәriyyәsi yaradıb vә bu sinifdә idarә oluna bilәn sistemlәrin sinfini aşkar edib. Namәlum parametrlәrin sayı artan vә xәtaların dispersiyası mәlum olmayan reqressiya modellәrinin tәdqiqatı üçün yeni yanaşma tәklif edib. Bu yanaşmaya, әsasәn, reqressiya modellәrinin müxtәlif praktiki mәsәlәlәrdә istifadә edilmәsi mümkün olub. Müxtәlif әlifba hәrflәrinin kompüter klaviaturasında optimal düzülüşünә etdiyi tәklifә әsasәn Azәrbaycan hәrflәrinin optimal düzülüşü bu günә qәdәr mövcud olan düzülüşlәrlә müqayisәdә әllәrә düşәn yükü vә mәtnlәrin yığım vaxtını azaldır. H. Nobel mükafatı laureatı Abdus Salamın 2004 ildә yaratdığı, inkişafda olan ölkәlәrin EA-na Qafqaz vә Orta Asiya regionundan ilk hәqiqi üzv seçilmişdir. Azәrb. Respublikası MM-nin üç çağırış (1995, 2000, 2005) deputatı olmuşdur. 90-dan artıq elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.











