HACIYEV Asif Abbas oğlu (d. 3.4.1960, Gürc. SSR, Marneuli r-nu) – Azәrb. әdәbiyyatşünası. Filologiya e.d. (1998), pro f. (2000). Azәrb. Dövlәt Un-tinin filologiya fakültәsini (1982) bitirmişdir. 1982–86 illәrdә hәrbi liseyin taqım komandiri vәzifәsindә xidmәt etmişdir. 1986 ildәn Slavyan Un-tindә çalışmış (2000–14 illәrdә tәdris işlәri üzrә prorektor, 2014–16 illәrdә rektor), 2016 ildәn Azәrbaycan Un-tindә işlәyir. Tәdqiqatları, әsasәn, Azәrb. әdәbiyyatının әdәbi-nәzәri problemlәrinә, mifologiya vә folklorşünaslıq mәsәlәlәrinә hәsr edilmişdir. Araşdırmalarında Borçalı vә Axısqa türklәrinin folkloru, tarix vә etnoqrafiyası mühüm yer tutur (“Qәribәm bu vәtәndә”, 1992; “Axısqa türk folkloru”, 1998). 200-dәn çox elmi әsәrin, o cümlәdәn monoqrafiyaların müәllifidir.
Ə s ә r l ә r i: Epik әnәnә vә müasir bәdii nәsr. B., 1984; Поэтика современной прозы. Вопросы мифологического и фольклорного генезиса. Б., 1997; Axısqalı Aşıq Molla Mәhәmmәd Şәfili. B., 2014; Axısqalı şair Usta Mürtәz. B., 2015; Bayatı poetikası. B., 2020.










