HACIYEV Aydın Cәfәr oğlu (20.1.1936, Şuşa r-nunun Malıbәyli k. – 4.8.2006, Bakı) – Azәrb. әdәbiyyatşünası, filologiya e.d. (1990), prof. (1991). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (1957) bitirmişdir. 1970–80 illәrdә hәmin in-tda filologiya fakültәsinin dekan müavini, 1980–88 illәrdә dosent, 1988–2006 illәrdә kafedra müdiri işlәmişdir. Tәdqiqatları әdәbiyyatın tәdrisi metodikası vә pedaqoji tәrbiyә mәsәlәlәrinә, Azәrb. uşaq әdәbiyyatına hәsr olunmuşdur. 110 elmi әsәrin, o cümlәdәn dәrs vәsaitlәrinin müәllifidir.
Ə s ә r l ә r i: Orta mәktәbdә lirik şeirlәrin tәdrisi. B., 1982; Ədәbi әsәrlәrin tәhlili yolları. B., 1992; Azәrbaycan uşaq әdәbiyyatı tarixi. B., 2004.










