HACIYEV Cahangir Əhmәd oğlu (26.3.1949, Erm. SSR Noyemberyan r-nunun Lәmbәli k.) – toxuculuq vә yüngül sәnaye materialşünaslığı sahәsindә Azәrb. alimi, texnika e.d. (2009), prof. (2014). Azәrb. Politexnik İn-tunu bitirmişdir (1975). 1975–80 illәrdә Sumqayıt Üst Trikotaj f-kindә briqadir, usta, texnoloq, böyük texnoloq, şöbә müdiri işlәmiş, 1984 ildәn Azәrb. Texnologiya İn-tunda (indiki Azәrb. Texnologiya Un-ti) assisent (1984–86), dosent (1987–2012), kafedra müdiri (2013–16) vәzifәlәrindә çalışmışdır. Hazırda hәmin un-tin prof.-udur. Elmi tәdqiqatları özüburulan iplikdәn trikotaj istehsalı texnologiyasının işlәnmәsi, yeni quruluşlu vә xassәli trikotaj materiallarının, o cümlәdәn Azәrb., Türkiyә, Bakı vә Lәmbәli fanqı adlı hörmәlәrin işlәnmәsi, Lәmbәli xal çalarında kodlaşdırılmış informasiyaların oxunması vә s. sahәlәrdәdir. 150-dәn çox elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var. Beynәlxalq konfranslarda vә 1-ci Bakı Elm Festivalında (2014) mәruzә ilә çıxış etmişdir.
Ə s ә r l ә r i: Повышение качества трикотажа из само крученной пряжи. М., 1987; Научные основы ре сурсосберегающей технологии производства три котажа. Б., 2019.










