HACIYEV Əli Mirhәsәn oğlu (14.1.1946, Qazax – 30.12.2011, Bakı) – maşınqayırma texnologiyası sahәsindә Azәrb. alimi, texnika e.d. (2006), prof. (2011). Azәrb. Politexnik İn-tunu (indiki AzTU) bitirmişdir (1968). Azәrb. Neft vә Kimya İn-tunun Sumqayıt filialında baş müәllim, dosent (1976–80) olmuşdur. 1989–2001 illәrdә AzTU-da dekan, 2001 ildәn orada elmi tәdqiqat bölmәsinin rәisi vәzifәsindә işlәmişdir. Elmi işlәri neft-mәdәn avadanlıq hissәlәrinin lazerlә möhkәmlәndirilmәsi ilә bağlı problemlәrin hәlli sahәsindәdir. Bir çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir.
Ə s ә r i: Повышение эффективности процесса лазерного упрочнения деталей машин. Б., 1997.










