Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HACIYEV  Əlif Lәtif oğlu 
    HACIYEV Əlif Lәtif oğlu (24.6.1953, Xocalı – 25.2.1992, Xocalı) – Azәrb.-ın Milli Qәhrәmanı (ölümündәn sonra, 5.6. 1992). Xankәndi ş.-ndә OADKYC nәzdindә 2 illik avtomobil mәktәbini bitirәrәk (1971) sürücülük peşәsinә yiyәlәnmişdir. 1971–73 illәrdә Minsk ş.-ndә hәrbi xidmәtdә olmuşdur. Ordudan tәrxis edildikdәn sonra Xankәndi Avtonәqliyyat müәssiәsindә sürücü işlәmişdir. 1974–84 illәrdә Bel.SSR vә Azәrb. SSR (Dağlıq Qarabağ Muxtar Vilayәtindә) daxili işlәr orqanlarında müxtәlif vәzifәlәrdә çalışmışdır. SSRİ DİN-in M.Frunze ad. Xüsusi Orta Milis Mәktәbindә qiyabi tәhsil (1976–79) almışdır. Brest ş.-ndә daxili işlәr idarәsindә (Dİİ) cinayәt axtarışı üzrә әmәliyyat müvәkkili, Baranoviçidә cinayәt axtarışı şöbә rәisinin müavini, SSRİ DİN-in istintaq-әmәliyyat qrupunun tәrkibindә Severo dvinsk ş.-ndә işlәmişdir (1979–81). 1981 ildә SSRİ DİN Leninqrad (indiki Sankt-Peterburq) Akademiyasının qiyabi şöbәrinә daxil olmuş, 1982 ildә Azәrb.-a gәldikdәn sonra tәhsilini Akademiyanın Rostov filialında davam etdirmişdir. 1983 ildәn DQMV Dİİ-ndә xidmәtә başlamışdır. 1984 ilin oktyabrınadәk Əsgәran RDİŞ-in Ballıca k.-ndә sahә inspektoru vәzifәsindә çalışan milis baş leytenantı H.-i ermәni millәtçilәri saxta ittihamlarla lәkәlәyәrәk onun hәbsinә nail olmuşlar. Əsl sәbәb isә H.-in DQMV-dә uzun müddәt fәaliyyәt göstәrәn gizli millәtçi ermәni mәrkәzini ifşa etmәk cәhdi vә bu haqda Azәrb. SSR rәhbәrliyinә mәlumat vermәsi idi. 1984 il oktyabrın 15-dә H. 10 il hәbs cәzasına mәhkum olunmuşdur. Cәzasını çәkmәk üçün әvvәlcә Rusiyanın Nijni Tagil, sonra isә Sverdlovsk (indiki Yekaterinburq) ş.-nә göndәrilmişdi. Haqsız hәbs edildiyinә dair Azәrb. SSR Prokurorluğuna şikayәt әrizәsi ilә müraciәt etdikdәn sonra H.-in işinә yenidәn (1987) baxılmış, 10 illik hәbs cәzası 6 ilә endirilmişdi. 1990 il sentyabrın 5-dә rәsmi bәraәt alan H. Xocalıya qayıtmış vә milis orqanlarındakı vәzifәsinә bәrpa olunmuşdu. 1990 il dekabrın 21-dә H. Xocalı aeroportu Xәtt Dİİ bölmәsinin rәisi tәyin edilmiş, ona hәmçinin Xocalı aeroportunun komendantı vәzifәsi tapşırılmış, milis mayoru rütbәsi (1991) verilmişdir. Rәis işlәdiyi müddәtdә bir ermәni millәtçisi belә Xankәndinә silah gәtirә bilmәmişdir. H. Xocalının vәziyyәti haqqında tez-tez Bakıya mәlumat verirdi. 1992 il fevralın 25-dәn 26-na keçәn gecә Xocalı soyqırımı zamanı H. öz silahdaşları ilә birlikdә ermәni-rus hәrbçilәrinә qarşı vuruşmuşdur. H. aeroportdan çıxmazdan әvvәl düşmәnin әlinә keçmәsin deyә, dispetçer mәntәqәsini partlatmış, öz dәstәsi ilә camaatın xeyli hissәsini düşmәn mühasirәsindәn çıxararaq Ağdamın Şelli k.-nә tәrәf tәhlükәsiz yerә aparmış vә yenidәn döyüşә qayıtmışdır. Qeyri-bәrabәr döyüşdә mühasirәyә düşәn H. qәhrәmancasına hәlak olmuşdur. Bakıda Şәhidlәr xiyabanında dәfn edilmişdir. Adına gәmi, Bakının Nizami r-nunda orta mәktәb vә küçә var.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU