HACIYEV Əmir Sәhliәli oğlu (5.5.1899, Şuşa – 21.8.1972, Bakı) – Azәrb. qrafiki. Azәrb. SSR әmәkdar incәsәnәt xadimi (1943). Əsasәn, kitab tәrtibatı vә illüstrasiyası sahәsindә fәaliyyәt göstәrmişdir. S.S. Axundovun “Qaraca qız” (1924), Ə.Əbülhәsәnin “Yoxuşlar” (1931), Y.V.Çәmәnzәminlinin “Qızlar bulağı” (1934), M.F. Axundzadәnin “Molla İbrahim xәlil kimyagәr” (1938), Nizaminin “Yeddi gözәl” (1941), Füzulinin “Leyli vә Mәcnun” (1953), C.Mәmmәdquluzadәnin “Poçt qutusu” (1960) vә s. әsәrlәrә çәkdiyi illüstrasiyalar әn yaxşı işlәrindәndir. Böyük Vәtәn müharibәsi (1941–45) illәrindә tәşviqat plakatları çәkmiş, müharibәdәn sonrakı dövrdә bәdii әsәrlәrin motivlәri üzrә dәzgah rәsmlәri yaratmışdır. Yaradıcılığın da klassik miniatür formalarına meyil etmiş, bir sıra miniatür seriyaları çәkmişdir (“Azәrbaycan”, 1961; “Şuşa”, “Şamaxı”, “Bakı”, 1964). Ornamental vә sujetli xalca eskizlәrinin muәllifidir.










