HACIYEV Fazil Şöhlәt oğlu (d.11.1.1956, Füzuli r-nu) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (2015). Azәrb. Xalq Tәsәrrüfatı İn-tunu (1982; indiki ADİU) bitirmişdir. Sankt Peterburq Maliyyә-İqtisad İn-tunda laboratoriya müdiri vә müәllim (1988–89) işlәmişdir. 1990 ildәn ADİU-da çalışır (2016 ildәn prof.). 140-a yaxın elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir.
Ə s ә r i: Sәnayedә istehsal güclәrindәn istifadәnin tәhlili metodikası vә onun tәkmillәşdirilmәsi istiqamәtlәri. B., 2003.










