HACIYEV Gülağa Şıxbala oğlu (10.8. 1923, Bakının Əhmәdli k. – 10.5.1993, Bakı) – Azәrb. morfoloq-anatomu. Tibb e.d. (1969), prof. (1970). Azәrb. SSR-in әmәkdar ali mәktәb işçisi (1991). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1944). Hәmin ildәn ömrünün sonuna kimi bu in-tun insan anatomiyası kafedrasında (1974–90 illәrdә kafedra müdiri) işlәmişdir. Eyni zamanda 1953–69 illәrdә Azәrb. Pedaqoji İn-tunun fiziologiya vә anatomiya kafedrasının dosenti, Azәrb. Dövlәt Tibb İntunun stomatologiya fakültәsinin dekanı (1963–71) olmuşdur. Tәdqiqatları, әsasәn, müxtәlif sinirlәrin anatomik qurluşunun öyrәnilmәsinә hәsr edilmişdir. 140-dan artıq elmi әsәrin müәllifidir. Azәrb. Anatom, Histoloq vә Embrioloqlar Elmi Cәmiyyәtinin sәdri olmuşdur (1978–90).
Ə s ә r i: Kamil Əbdülsalam oğlu Balakişiyev. Bakı, 1982.










