HACIYEV İlyas Mamedoviç (14.11.1935, Orconikidze ş. – 12.9.2006, Novosibirsk ş.) – rus torpaqşünası. Biologiya e.d. (1982), prof. (2002). Rusiya Dövlәt mükafatı laureatı (1991). Rusiya EA-nın m. üzvü (1997). Rusiyanın Əmәkdar ekoloqu (1998). M o n q o l u s t a n MEA-nın hәqiqi üzvü (2005). REAnın mәslәhәtçisi (2006 ildәn). H. Şimali Osetiya Kәnd Tәsәrrüfatı İn-tunun aqronomiya fakültәsini bitirmişdir (1958) vә Azәrb. SSR Elmlәr Akademiyasının Torpaqşünaslıq vә Aqrokimya İn-tunda kiçik elmi işçi işlәmişdir. 1959 ildә o, Novosibirskә köçüb, orada SSRİ EA Sibir bölmәsinin Biologiya İn-tunda işlәmiş vә aspiranturada oxumuşdur. 1966-68 illәrdә o, Monqolustan Kәnd Tәsәrrüfatı Nazirliyindә böyük torpaqşünas vәzifәsindә çalışmış, sonra Tomsk Un-tindә, Sibir Geodeziya Akademiyasında, Novosibirsk Aqrar Untindә dәrs demiş, SSRİ EA Sibir bölmәsinin Torpaqşünaslıq vә Aqrokimya İn-tunda elmi işlә mәşğul olmuşdur. Tәdqiqatları coğrafiya vә xәritәçәkmә, torpaq örtüyünün sәmәrәli tәşkili vә kompleks istifadәsi sahәlәrini әhatә edir. Torpağın münbitlik vәziyyәtinin kompleks xәritә çәkmә tәsviri, onun bitkilәrin әsas qidalanma elementlәrinә tәlәbatı vә bunun yerli aqrokimyәvi xammal hesabına ödәnilmәsi konsepsiyası H. tәrәfindәn işlәnib hazırlanmışdır. Onun rәhbәrliyi ilә Qәrbi Sibirin Torpaq xәritәsi tәrtib edilmişdir (1990).











