HACIYEV Hacı Gәncәli oğlu (15.3.1913, Füzuli r-nunun Pirәhmәdli k. – 30.11.1979, Bakı) – Sosialist Əmәyi Qәhrәmanı (1948). 1934–77 illәrdә Füzuli r-n torpaq şöbәsinin baş aqronomu, müdiri, indiki Tәrtәr r-n k.t. şöbәsinin, Azәrb. SSR Kәnd Tәsәrrüfatı Nazirliyinin Dövlәt Meyvә Tingliyi Respublika trestinin müdiri, Füzuli RİK-nin sәdri, Azәrb. SSR Kәnd Tәsәrrüfatı Nazirliyinin bitkilәri mühafizә şöbәsinin baş aqronomu vә s. vәzifәlәrdә işlәmişdir. 1947 ildә pambıqçılıq sahәsindә yüksәk әmәk göstәricilәri әldә etmişdir. Azәrb. SSR Ali Sovetinin deputatı (4-cü çağırış) olmuşdur.











