HACIYEV Xanlar Cavad oğlu (27.11. 1903, Şuşa – 2.1.1969, Bakı) – Azәrb., Rusiya vә Tac. cәrrahı. Tibb e.d. (1948), prof. (1948). Tac. SSR Əmәkdar elm xadimi (1953). Tibb xidmәti gen.-m.-ru. Daşkәnddә Orta Asiya Un-tinin tibb fakültәsini bitirmiş (1928), Tac. SSR Resp. xәstәxanasının cәrrahiyyә şöbәsinә ordinator göndәrilmişdir. Azәrb. Dövlәt Tibb İn-tunun I cәrrahiyyә (1930–32), normal anatomiya (1933–34), fakültә cәrrahiyyәsi (1934–37) kafedralarında işlәmiş, Sovet–Finlandiya (1939–40) vә Böyük Vәtәn (1941–45) müharibәlәrindә iştirak edәrәk, rәhbәr tibb xidmәti vәzifәlәrindә qulluq etmişdir. Stalinabad Tibb İn-tunda fakültә cәrrahiyyәsi (1945–60), Şimali Osetiya Dövlәt Tibb in-tunda hospital cәrrahiyyә (1960–64) kafedralarına rәhbәrlik etmişdir. 1964 ildә Bakıya gәlmiş, N.Nәrimanov ad. Azәrb. Dövlәt Tibb İn-tunda operativ cәrrahiyyә vә topoqrafik anatomiya kafedrasının müdiri (1964–67) vә 1967 ildәn Ə.Əliyev ad. Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunun cәrrahiyyә kafedrasının müdiri işlәmişdir. H. eyni zamanda Azәrb. Dövlәt Tibb İn-tunda müalicә-profilaktika fakültәsi axşam şöbәsinin dekanı olmuşdur (1932–35). Tәdqiqatları, әsasәn, yatalaq xolesistlәri nәticәsindә öd peritonitlәrinә, malyariya splenomeqaliyalarında müşahidә edilәn perisplenitlәrә, onların patogenezinә, ağ ciyәr exinokokkozuna vә s. hәsr edilmişdir. 50-dәn artıq elmi әsәrin müәllifidir. Tac. SSR baş cәrrahı (1947–50), Tac. SSR Elmi Cәrrahlar Cәmiyyәtinin sәdri (1950–60), Tac. SSR Sәhiyyә Nazirliyinin Elmi Tibbi Şuranın sәdri (1958–60), Şimali Osetiya Resp.-sı Cәrrahlar Cәmiyyәtinin sәdri (1961–64) olmuşdur. Kadr hazırlanmasında xidmәti var. “Şәrәf nişanı” ordeni ilә tәltif edilmişdir.
Ə s ә r i: Хирургия малярийной спленомегалии, Stalinabad, 1950.










