HACIYEV İsmayıl Muxtar oğlu [d. 21.1.1951, Azәrb. Resp. Culfa r-nunun (Nax. MR) Xanәgah k.] – Azәrb. tarixçisi, tarix e.d. (1999), AMEA-nın akad. (2003), prof. (2004), әmәkdar elm xadimi (2009). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (indiki ADPU) bitirmişdir (1974). Nax. Dövlәt Pedaqoji İn-tunda (indiki Nax. Dövlәt Un-ti) müәllim, baş müәllim (1978–92), dosent, dekan müavini (1992–97), elmi işlәr, tәdris işlәri üzrә prorektor (1997–2003) vәzifәlәrindә çalışmışdır. 2003 ildә AMEA Nax. bölmәsinin sәdri vә AMEA Rәyasәt Heyәtinin üzvü seçilmişdir. Naxçıvan ensiklopediyasının (2 cilddә), Naxçıvan abidәlәri ensiklopediyasının, Naxçıvan tarixinin (3 cilddә), Naxçıvan coğrafiyasının (2 cilddә), Naxçıvan tarixi atlasının vә s. kitabların müәllif vә redaktorlarından biridir. Azәrb. Resp. Dövlәt Mükafatları Komissiyasının vә Azәrb. Milli Ensiklopediyasının Redaksiya Heyәtinin üzvüdür. Tәdqiqatları, әsasәn, Naxçıvan bölgәsinin sosial-iqtisadi vә mәdәniyyәt tarixinә hәsr olunmuşdur. 400-dәn çox elmi әsrin, o cümlәdәn bir neçә monoqrafiyanın, kitab vә dәrs vәsaitinin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var. Nax. MR Ali Mәclisinin (2-ci çağırış), Azәrb. Resp. Milli Mәclisinin (3-cü vә 4-cü çağırış) deputatı seçilmişdir.
Ə s ә r l ә r i: Azәrbaycan Respublikasının ictimaisiyasi vә mәdәni hәyatında qadınların iştirakı (1941–45 illәr). B., 2008; Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi hәyatı, sosial-iqtisadi vә mәdәni inkişafı (1991–2011-ci illәr). Naxçıvan, 2011; Ermәnilәrin Azәrbaycana qarşı әrazi iddiaları vә qanlı cinayәtlәri. Naxçıvan, 2012; Naxçıvan Azәrbaycanın dövlәtçilik tarixindә. B., 2018.











