HACIYEV Kamal Müdafiә oğlu (d.30.12.1955, Bakı) – Azәrb. tibb alimi, pediatr, allerqoloq. Tibb e.d. (1994), prof. (1997). N.Nәrimanov ad. Azәrb. Dövlәt Tibb İntunu (indiki Azәrb. Tibb Un-tini) bitirmişdir (1979). 1981–87 illәrdә Bakı ş. Tәcili Tibbi Yardım stansiyasında hәkim olmuş, 1987–2014 illәrdә Azәrb. Tibb Untinin II uşaq xәstәliklәri kafedrasında (1997–2014 illәrdә prof.) işlәmişdir. 2014 ildәn Bakı ş.-ndә özәl Mediland Hospitalda hәkim işlәyir. Tәdqiqatları, әsasәn, uşaqlarda allergik xәstәliklәrin öyrәnilmәsinә hәsr edilmişdir. 120-yә qәdәr elmi әsәrin müәllifidir.
Ə s ә r i: Bronchial asthma clinical Practice Gideline for General Practitioners New York, 2002, 31 p. (A.Əyyubova vә S.Axundovla birlikdә).










