HACIYEV Qasım Əhәd oğlu (d. 6.8.1950, Bәrdә r-nunun Hacallı k.) – Azәrb. tarixçisi, tarix e.d. (2006). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (indiki ADPU) bitirmişdir (1974). Hacallı kәnd mәktәbindә müәllim, direktor müavini (1974–83), Azәrb. EA Tarix İn-tunun Arxeologiya vә etnoqrafiya sektorunda elmi işçi, baş elmi işçi vә aparıcı elmi işçi (1990–97), AMEA A.A. Baxıxanov ad. Tarix İn-tunda aparıcı elmi işçi, şöbә müdirinin müavini (1997–2003), Qarabağ tarixi şöbәsinin müdiri (2003–18) vәzifәlәrindә çalışmışdır. 2018 ildәn AMEA Qafqazşünaslıq İn-tunun ermәnişünaslıq şöbәsinin müdiridir. 100-dәn çox elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiya, kitab vә dәrs vәsaitinin müәllifidir.
Ə s ә r l ә r i: Bәrdә şәhәrinin tarixi (b.e.ә. III әsr –b.e. XVIII әsri). B., 2000; Qarabağın maddi vә mәnәvi mәdәniyyәti. B., 2010.










