HACIYEV Meyvәddin Mahmud oğlu (d. 15.3.1939, Qusar r-nunun Hil k. – 7.11. 2015, orada) – Azәrb. kimyaçısı, kimya e.d. (1992), prof. (1999). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1965). Hәmin untdә müxtәlif vәzifәlәrdә işlәmiş (1967–99), 1999 ildәn neft kimyası vә kimya texnologiyası kafedrasının prof.-u olmuşdur. Tәdqiqatları haloge nefirlәrin doymamış karbohidrogenlәrә birlәşmә reaksiyalarının öyrәnilmәsinә vә alınan mәhsullar әsasında yeni pestisid, inhibitor vә flotoreagentlәrin sintezinә hәsr edilmişdir. 170-dәn çox elmi әsәrin müәllifidir.










