HACIYEV Muxtar Hacı oğlu (1876, Qazax r-nunun Fәrәhli k. – 21.4.1938, Moskva vil.-nin Butovo-Kommunarka qәs.) – sovet dövlәt xadimi. 1904 ildәn Sov. İKP üzvü. Bakının sәnaye r-nlarında vә Qazax qәzasında gizli partiya işi aparmışdır (1908–16). 1917 ildә Qazax qәzasında “Hümmәt” tәşkilatının şöbәsini yaradanlardan biri olmuşdur. Azәrb.-da sovet hakimiyyәti qurulduqdan sonra Qazax Qәza İnqilab Komitәsinin sәdri, 1-ci Ümumazәrbaycan Sovetlәr Qurultayında (1921, may) Azәrb. SSR MİK-in ilk sәdri seçilmişdir. Azәrb. SSR Ali Torpaq mәhkәmәsinin sәdri, xalq ictimai tәminat, xalq torpaq komissarı olmuş, Ali Mәhkәmәnin, Qırmızı Xaç vә Qırmızı Aypara Cәmiyyәti Resp. Komitәsinin sәdri vә s. vәzifәlәrdә çalışmışdır. H. dәfәlәrlә AK(b)P MNK-nın, Azәrb. SSR vә ZSFSR MİK vә Rәyasәt Heyәtinin üzvü seçilmişdir. Azәrb. SSR-in Qırmızı Əmәk Bayrağı ordeni ilә tәltif olunmuşdur. 1937 il iyulun 30-da Müsavat partiyasının fәaliyyәtindә iştirakına görә hәbs edilmiş, sonra isә güllәlәnmişdir. 1956 ildә bәraәt verilmişdir.










