HACIYEV Nәcmәddin Əlәddin oğlu (17.12.1926, indiki Qazax r-nunun Musaköy k. – 24.9.1980, Bakı) – Azәrb. cәrrahı. Tibb e.d. (1968), prof. (1969). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1947). Elmi Tәdqiqat Hematologiya vә Qan Köçürmә İn-tunda (1958–61) vә SSRİ Tibb EA-nın Azәrb. Eksperimental vә Kliniki Tәbabәt Elmi Tәdqiqat İn-tunda (1961–64), Azәrb. Dövlәt Tibb İn-tunun pediatriya, sanitariyagigiyena vә stomatologiya fakültәlәrinin 2-ci fakültә cәrrahiyyәsi kafedrasında fasilәlәrlә işlәmişdir. Tәdqiqatları, әsasәn, idmançıların orqanizmindә gedәn biokimyәvi dәyişikliklәrin öyrәnilmәsinә hәsr edilmişdir. 83 elmi әsәrin müәllifidir.










