HACIYEV Novruz Cabbar oğlu (d.24.10.1979, Bakı) – Azәrb. tibb alimi, cәrrah. Tibb üzrә e.d. (2017). Azәrb. Tibb Un-tini bitirmişdir (2002). 2003 ildә inter naturanı bitirәn vaxtdan Azәrb. Tibb Un-tinin ümumi cәrrahlıq vә anesteziolo giyaka fedrasında işlәyir. H. eyni zamanda İ.M.Seçenov ad. Birinci Moskva Tibb Un-tinin Bakı filialının tәdris vә müalicә işlәri üzrә prorektordur (2017 ildәn). Tәdqiqatları, әsasәn, qarın boşluğu vә döş qәfәsi orqanlarının cәrrahi xәstәliklәrinin öyrәnilmәsi üzrәdir. 250-yә yaxın әsәrin, 3 ixtira vә 3 sәmәrәlәşdirici tәklifin müәllifidir. “Вестник экстренной медицины” (Özbәkistan) jurnalının beynәlxalq redaksiya şurasının üzvüdür (2016).










