HACIYEV Rafiq Sultan oğlu (d.31.5.1947, Bakı) – Azәrb. idmançısı. Azәrb. Dövlәt Bәdәn Tәrbiyәsi İn-tunu (1973) vә SSRİ DİN Akademiyasını (1982) bitirmişdir. Sәrbәst gülәş üzrә Avropa (1970, Almaniya) çempionu, dünya kubokunun (1973, ABŞ; 1974, İspaniya) qalibi, dünya çempionatının gümüş (1974, Türkiyә) mükafatçısıdır. SSRİ idman ustası (1966), beynәlxalq dәrәcәli SSRİ idman ustası (1970), Azәrb. Resp.-nın әmәkdar mәşqçisi (1996), әmәkdar idman ustası (1997), әmәkdar bәdәn tәrbiyәsi vә idman xadimidir (2006).











