HACIYEV Rasim Hacı oğlu (10.5.1926,Şuşa r-nunun Malıbәyli k. – 24.11.1999, Bakı) – Azәrb. dermatoveneroloqu. Tibb e.d. (1966), prof. (1966). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1947). 1947–50 illәrdә Salyan r-nunda, Neft sәnayesi Nazirliyinin Bakı–Batumi neft kәmәri idarәsindә hәkim, 1954–55 illәrdә Resp. Elmi Tәdqiqat Dәri Zöhrәvi Xәstәliklәri İn-tunda baş elmi işçi, 1955–99 illәrdә Azәrb. Dövlәt Tibb İn-tunun dәri-zöhrәvi xәstәliklәri kafedrasında (1965–90 illәrdә kafedra müdiri) işlәmişdir. Tәdqiqatları, әsasәn, ağır dermatozların patogenezi vә müalicә metodlarının öyrәnilmәsinә hәsr edilmişdir. 200-dәn artıq elmi әsәrin müәllifidir. Azәrb. Resp.-nın baş dermatoveneroloqu (1994–99), Resp. Derma toveneroloqlar Cәmiyyәtinin sәdri (1980–99) olmuşdur.
Ə s ә r i: Лучевая терапия болезней кожи (V.İ.Suxarev vә M.Z.Ziberholtsla birlikgә). B., 1969.










