HACIYEV Rasim Mәmmәdiyyә oğlu (25.6.1925, Şәki – 21.5.1988, Bakı) – Azәrb. geoloqu, geologiya-mineralogiya e.d. (1966). 1953 ildә Moskva Geoloji-Kәşfiyyat İn-tunu bitirmişdir. 1953–59 illәrdә Ümumittifaq Elmi-Tәdqiqat Geofizika İntunun Dәniz geofizika ekspedisiyasında mühәndis, böyük mühәndis, kiçik elmi işçi vәzifәlәrindә işlәmişdir. 1960 ildәn ömrünün sonunadәk Azәrb. EA Geologiya İn-tunda (indiki AMEA Geologiya vә Geofizika İn-tu) “Qravimetriya” laboratoriyasına rәhbәrlik etmişdir. H.-in rәhbәrliyi altında tәkcә Xәzәr dәnizi deyil, SSRİ-nin digәr dәnizlәrinin dib-qravitasiya planaalmasının (“Lövbәrsiz” üsulla dib-qravi metrik müşahidә) metodika vә texnikası yaradılmışdır. O, Kembriyәqәdәrdәn başlamış Yer qabığı kәsilişinin tәhlilini vermiş vә onun inkişaf tarixini öyrәnmişdir. H. uzun illәr Azәrb. Dövlәt Un-tindә (indiki BDU) geofizika fәnnindәn mühazirәlәr oxumuşdur. 100-dәn artıq mәqalәnin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r i: Глубинное геологическое строение Азербайджана. Б., 1965.










