HACIYEV Rauf Vahid oğlu (21.08.1958, Bakı ş.) – Azәrb. fizioloqu. Biol. e.d. (2005), prof. (2007). V.C.Hacıyev vә N.A.Hacıyevanın oğlu. 1980 ildә BDU-nun biologiya, 2003 ildә hüquq fakültәsini bitirmişdir. AMEA-nın Fizika İn-tunda mühәndis, 1981 ildә BDU-nun “Onurğalılar zoologiyası” kafedrasında baş laborant, 1982 ildә assisent, 1988 ildә baş müәllim, 1993 ildә dosent әvәzi olmuş, 1995 ildә dosent vәzifәsinә keçmişdir. 2007 ildә “Onurğalılar zoologiyası vә bioekologiyası” kafedrasının prof.-u tәyin edilmişdir. “Azәrbalıq” Dövlәt Konserni “Balıqartırma” İdarәsinin rәis müavini (1995–1999) vә rәisi (1999–2001) vәzifәlәrindә işlәmişdir. Azәrb. Resp. Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin Su Hövzәlәrindә Bioloji Resursların Artırılması vә Mühafizәsi Departamentinin direktoru (2001–2011) olmuş, 2011 ildәn Ekologiya vә Tәbii Sәrvәtlәr nazirinin müavinidir. Tәdqiqatları zoologiya, ixtiologiya, balıqçılıq tәsәrrüfatı vә akvakultura, balıqların ekoloji fiziologiyası vә mühafizәsi, Xәzәr dәnizinin ekologiyası vә bioresurslarının öyrәnilmәsi sahәsindәdir. 150-dәn çox elmi әsәrin, o cümlәdәn 4 dәrslik, 2 monoqrafiya vә 3 metodik göstәrişin müәllifidir.
Ə s ә r l ә r i: H a c ı y e v R.V. Nәrәkimilәrin zavod şәraitindә çoxalması vә böyüdülmәsi üçün әsas tövsiyәlәr, B., BDU nәşriyyatı, 2000; Г а д ж и е в Р.В., К а с и м о в Р.Ю. Осетровые и лососевые куринско-каспийского региона, их биологические группы и экологофизиологи ческие особенности. Б., 2005.










