HACIYEV Sabir Əbdülmanaf oğlu (23.9.1928, Ermәnistan SSR Sisyan r-nunun Urut k. – 23.6.2013, Bakı) – Azәrb. fiziki, fizika-riyaziyyat e. d. (1974), prof. (1975), AMEA-nın m. üzvü (1983). Əmәkdar elm xadimi (1992). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1956). Hәmin ildәn un-tdә saxlanılmışdır. Maddә quruluşu kafedrasının müdiri (1972–90), fizika fakultәsinin dekanı (1978–88), maddә quruluşu kafedrasının prof.-u (1990 ildәn), Fizika Problemlәri İn-tunun direktoru (2005 ildәn) olmuşdur. Tәdqiqatları kvant nәzәriyyәsi sahәsinә aiddir. O, zәif qarşılıqlı tәsirlәrdә cütlük qanununın pozulması aşkar edildikdәn sonra K-, π- vә μ- mezonların müxtәlif kanallar üzrә parçalanmasını geniş tәdqiq edәrәk bu kanallar üzrә qarşılıqlı tәsirlәrin hәlledici variantlarını müәyyәnlәşdirmişdir. H.-in işlәrinin bir hissәsi elektromaqnit qarşılıqlı tәsir nәzәriyyәsinә hәsr edilmişdir. 130-a yaxın elmi әsәrin vә bir neçә dәrsliyin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var. Şöhrәt ordeni ilә tәltif edilmişdir (2000).











