HACIYEV Sani Tofiq oğlu (d. 2.10.1964, Erm. SSR, Basarkeçәr r-nunun Nәrimanlı k.) – Azәrb. tarixçisi, tarix e.d. (2008). Azәrb. Dövlәt Un-tinin (indiki BDU) tarix fakültәsini bitirmişdir (1986). AMEA-nın Arxeologiya vә Etnoqrafiya İn-tunda baş laborant (1988–90), BDU-da baş laborant (1990–96), müәllim (1996–2000), dosent, tarix fakültәsinin dekan müavini (2000–05), dekanı (2005–11), prorektor (2011– 19) işlәmiş, hazırda prof. vәzifәsindә çalışır. Tәdqiqatları Türkiyәnin müasir dövr tarixinә aiddir. 60-dәk elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiya vә dәrs vәsaitinin müәllifidir.










