HACIYEV Sәdiman Vәlişir oğlu (1935, Füzuli r-nunun Aşağı Seyidәhmәdli k. – ?) – SSRİ Dövlәt mükafatı laureatı (1982). 1948–69 illәrdә Füzuli r-nunun Engels ad. k-zunda kolxozçu, tәftiş komissiyasının sәdri işlәmiş, 1969 ildәn eyni adlı s-zda briqadir olmuşdur. Üzümçülük sahәsindә yüksәk әmәk göstәricilәrinә nail olmuşdur. Azәrb. SSR Ali Sovetinin (10-11-ci çağırış) deputatıdır. Oktyabr İnqilabı, Qırmızı Əmәk Bayrağı ordenlәri ilә tәltif edilmişdir.










