HACIYEV Tahir Sәdi oğlu (d.24.12.1958, Bakı) – Azәrb. riyaziyyatçısı, fizika-riyaziyyat e. d. (2003). Azәrb. Dövlәt Untini bitirmişdir (1980). Əmәk fәaliyyәtinә Ukraynada başlamışdır (1980–86). 1986 ildә AMEA Riyaziyyat vә Mexanika İntunda kiçik elmi işçi, baş elmi işçi vәzifәsindә işlәmişdir. Tәdqiqatları qeyri-xәtti analiz, xüsusi törәmәli diferensial tәnliklәr sahәsinә aiddir. Qeyri-xәtti tәnliklәr üçün qeyri-requlyar oblastlarda sәrhәd mәsәlәsinin keyfiyyәt nәzәriyyәsinin tәdqiqi ilә mәşğul olmuşdur. 150-dәn artıq elmi әsәrin müәllifidir.










