HACIYEV Tofiq İsmayıl oğlu (1.5.1936,Cәbrayıl r-nu, Soltanlı k. – 27.11.2015,Bakı) – Azәrb. dilçisi, filologiya e.d. (1969), AMEA-nın akad. (2014, m. üzvü 2001), әmәkdar elm xadimi (1999). Azәrb. Dövlәt Untini bitirmişdir (1958). Azәrb. Pedaqoji Dillәr İntunda müәllim, dosent (1962–68), ADU-da türkologiya kafedrasında prof. (1971), kafedra müdiri (1984–2015) işlәmiş, Azәrb. Resp.-nın maarif naziri (1993), AMEA Nәsimi ad. Dilçilik İn-tunun direktoru (2014–15) olmuşdur. Azәrb. Resp. Nazirlәr Kabineti yanında Terminologiya Komissiyasının, Dilçilik üzrә Koordinasiya Şurasının sәdri, Türkiyә Cümhuriyyәti Atatürk Dil, Tarix, Kültür Qurumunun fәxri üzvü (1995 ildәn) idi. Tәdqiqatları Azәrb. dilinin tarixi, әdәbi-bәdii dil, dialektologiya, türkologiya mәsәlәlәrinә hәsr olunmuşdur. Bir sıra elmi konfrans vә simpoziumlarda, o cümlәdәn Kayseri (1990), Tehran (1992, 1995), Antalya (1993) vә Ankarada (1996) keçirilmiş elmi konfranslarda mәruzәlәrlә çıxış etmişdir. 500-dәn çox elmi әsәrin, o cümlәdәn 37 kitabın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәtlәri var. Azәrb. Resp.-nın "Şöhrәt" ordeni ilә tәltif edilmişdir (2009).
Ə s ә r l ә r i: Azәrbaycan әdәbi dili tarixi. B., 1976; XX әsrin әvvәllәrindә Azәrbaycan әdәbi dili. B., 1977; Azәrbaycan әdәbi dili tarixi. 2-ci hissә, B., 1987; Şe’rimiz, nәsrimiz, әdәbi dilimiz. B., 1990; Azәrbaycan әdәbi dilinin tarixi. 2 cilddә, B., 2012.











