HACIYEV Tofiq Müzәffәr oğlu (d.27.3.1958, Neftçala) – Azәrb. dilçisi, filologiya e.d. (2004), prof. (2013). Azәrb. Dövlәt Un-tini bitirmiş (1981), un-tdә müәllim, baş müәllim, dosent (1990–2005), filologiya fakültәsindә dekan müavini (1994–2000) işlәmiş, 2013 ildәn Azәrb. dilçiliyi kafedrasının prof.-udur. Tәdqiqatları Azәrb. dilindәki mürәkkәb cümlә mәsәlәlәrinә hәsr olunmuşdur. 70-dәn çox elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir.
Ə s ә r l ә r i: Tabesiz mürәkkәb cümlәnin komponentlәri arasında mәna әlaqәlәri. B., 2000; Müasir Azәrbaycan dilindә mürәkkәb cümlәnin struktur semantikası. B., 2002; Tabeli mürәkkәb cümlәnin sadә cümlәyә transformasiyası. B., 2014.










