HACIYEV Vaqif Camal oğlu (d.17.6.1941, Füzuli r-nunun Qarğabazar k.) – Azәrb. mexaniki, fizika-riyaziyyat e.d. (1980), prof. (1986). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1963). Hәmin ildәn AMEA Riyaziyyat vә Mexanika İn-tunda çalışır, 1974 ildәn elastiklik vә plastiklik şöbәsinin rәhbәridir. Elmi işlәri başlanğıc gәrginlik nәzәrә alınmaqla elastik-plastik sistemlәrin dayanıqlığının bәzi mәsәlәlәrinә, qeyri-bircins anizotrop lövhәlәrin vә qabıqların, boru kәmәrlәrinin xarici mühitin müqavimәti nәzәrә alınmaqla dayanıqlıq vә rәqsi hәrәkәtlәrinin tәdqiqi sahәsinә aiddir. 170-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.










