HACIYEVA Maya Hüseynәli qızı (2.3.1914 Şuşa – 1999 Bakı) – Azәrbaycanın ilk riyaziyyatçı qadın alimi. 1928–1931 illәrdә Şuşa Pedaqoji Texnikumunda tәhsil almışdır. 1931–35 illәr dә Azәrb. Pedaqoji İntunun (indiki ADPU) fizika-riyaziyyat fakültәsini bitirir, hәmin ildә in-t tәrәfindәn M.V.Lomonosov ad. Moskva Dölәt Universitetinә göndәrilir, orada mexanika-riyaziyyat fakültәsini bitirdikdәn sonra 1938 ildә Azәrb. Dövlәt Un-tinin (indiki BDU) Nәzәri mexanika kafedrasında assistent kimi pedaqoji fәaliyyәtә başlayır. H. 1941–43 illәrdә Azәrb. Dövlәt Untinin aspiranturasını bitirib, namizәdlik dissertasiyası müdafiә etmiş vә Azәrbaycanın ilk riyaziyyatçı qadın alimi kimi tarixә düşmüşdür. 1944 ildәn Azәrb. Dövlәt Un-tinun dosenti kimi fәaliyyәtә başlayan H. ömrünün yarım әsrdәn artıq hissәsini gәnclәrin mükәmmәl tәhsil almasına hәsr etmişdir.










