HACIYEVA Nina Alekseyevna (14.6.1928, Mordva MSSR-in Saransk ş.– 6.11.2008, Bakı) – Azәrb. fizioloqu, biologiya e.d. (1969), prof. (1980). Azәrb. SSR Dövlәt mükafatılaureatı (1972). M.V.Lomonosov ad. Moskva Dövlәt Un-tini bitirmişdir (1950). 1960 ildәn Azәrb. SSR EA A.İ.Qarayev ad. Fiziologiya İn-tunda laboratoriya müdiri olmuşdur. Tәdqiqatları görmә vә somatikvisseral analizatorlar sistemindә afferent siqnalların formalaşma vә tәnzimlәnmә mexanizmlәrinin elektro-fizioloji öyrәnilmәsinә, beynin müxtәlif sәviyyәlәrindә sensor informasiyanın inteqrasiyasına, görmәdә selenin rolunun aydınlaşdırılmasına vә s. hәsr edilmişdir. H. Azәrb. SSR Elmi Tәdqiqat Oftalmologiya İn-tuna göz xәstәliklәrinin diaqnostikası vә bir sıra elektrofizioloji tәdqiqat diaqnostika metodlarını gәtirmiş vә bunun әsasında orada elektro-fizioloji diaqnostika kabineti yaradılmışdı. Beynәlxalq biofizika (Moskva, 1972) vә fiziologiya (Budapeşt, 1980) konqreslәrinin iş tirakçısıdır.
Ə s ә r l ә r i: Влияние рентгеноблучения на электрические процессы различных структур головного мозга, Б., 1965: Селен и зрение, Б., 1972; Элэктрофизиологическое исследование центральной регуляции, Б., 1975.











