HACIYEVA Ninel Zeynalovna (4.12.1926, Bakı – 28.10.1991, Moskva) – Azәrb. dilçisi, türkoloq, filologiya e.d. (1970), prof. (1980). SSRİ EA Dilçilik İntunda baş elmi işçi (1954–79), hәmin in-tda müxtәlif ailәlәrә mәnsub dillәrin müqayisәli-genetik tәdqiqi qrupunun rәhbәri olmuşdur (1979–91; 1986 ildә bu qrupun әsasında dilçilik komparativistikası laboratoriyası yaradılmışdır). Azәrb. dilinә, türk dillәrinin sintaksisinә vә müqayisәli-tarixi qrammatikasına, türkologiyanın nәzәri problemlәrinә dair tәdqiqatların müәllifidir. Müxtәlif beynәlxalq türkoloji konfrans vә simpoziumlarda mәruzәlәrlә çıxış etmişdir. Sovet Türkoloqları Komitәsi bürosunun üzvü kimi geniş elmi-tәşkilati fәaliyyәt göstәrmişdir. Elmi kadrların hazırlanmasında xidmәti olmuşdur.
Ə s ә r l ә r i: Синтаксис сложноподчиненного предложения в азербайджанском языке. М., 1963; Основные пути развития синтаксической структуры тюркских языков. М., 1973; Проблемы тюркской ареальной лингвистики. М., 1975; Тюркоязычные ареалы Кавказа. М., 1979.










