HACIYEVA Sevinc Rafiq qızı (d.26.9.1966, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (2003), prof. (2005). R.Ə.Əliyevanın qızıdır. Azәrb. Dövlәt un-tini (indiki BDU) bitirmişdir (1988). BDU-da dosent vәzifәsindә çalışmış (1995‒98), 2004 ildәn ekoloji kimya kafedrasının müdiridir. Tәdqiqatları ekoloji kimya sahәsinә aiddir. 340-dan çox elmi әsәrin müәllifidir.










