HACIYEVA Sona Salman qızı (25.6.1907, Şәki ş. – 24.12.1979, Bakı) – Azәrb.aktrisası. Azәrb. Resp. xalq artisti (1949).Ə.Ə.Mәmmәdovanın qızıdır. Sәhnә fәaliyyәtinә 1920 ildә Bakıda Əli Bayramov klubu nәzdindәki dram dәrnәyindә başlamışdır. 1921 ildәn Bakı Azad Tәnqid-Tәbliğ Teatrında fәaliyyәt göstәrmiş, 1923–79 illәrdә Akademik Dram Teatrının aktrisası olmuşdur. 1927 ilәdәk eyni zamanda opera vә musiqili komediyalarda çıxış etmişdir: Leyli, Əsli, Asya("Leyli vә Mәcnun", "Əsli vә Kәrәm", "Arşın mal alan", Ü.Hacıbәyli), Şahsәnәm ("Aşıq Qәrib", Z.Hacıbәyov) vә s. H.-nın yaradıcılığı üçün milli kolorit, tәbiilik, özünә mәxsus lirizm sәciyyәvi idi. Geniş yaradıcılıq diapazonuna malik olan H. Azәrb. Dram Teatrının tamaşalarında Sona ("Hacı Qara", M.F.Axundzadә), Nazlı (“Ölülәr”, C.Mәmmәdquluzadә), Xumar ("Şeyx Sәnan", H.Cavid), Atlas ("Hәyat", M. İbrahimov), Gülnar, Mehriban ("Vaqif", "Xanlar", S.Vurğun), Zinyәt ("Toy", S.Rәhman), Ofelya, Cülyetta ("Hamlet", "Romeo vә Cülyetta", U.Şekspir), Qalçixa ("Günahsız müqәssirlәr", A.Ostrovski), Anna ("Hәyatın dibindә", M.Qorki), Solmaz, Sevil, Gülüş, Almaz, Sona ("Od gәlini", "Sevil", "Almaz", 1905-ci ildә", C.Cabbarlı) vә s. yaddaqalan obrazlar yaratmışdır. "Sevimli mahnı" (1955, rej. L.Sәfәrov), "O olmasın, bu olsun" (1956, rej. H.Seyidzadә), "Qızmar günәş altında" (1957, rej. L.Sәfәrov), "Sәhәr" (1960, rej. A.Quliyev) filmlәrindә çәkilmişdir. “Şәrәf nişanı” ordeni ilә tәltif olunmuşdur.
Əd.: Ə l ә k b ә r o v Ə. Sona Hacıyeva. B., 1959; İ s m a y ı l o v a A. Azәrbaycan qadınları sәhnәdә. B.,1977.










