HACIYEVA Tәranә İmamverdi qızı (d.11.11.1965, Bakı) – Azәrb. dilçisi, filologiya e.d. (2009). Azәrb. Dövlәt Un-tini bitirmiş (1989), un-tin filologiya fakültәsindә baş laborant, müәllim, baş müәllim, dosent әvәzi (1990–2006), Azәrb. Resp. Tәhsil Nazirliyindә baş mәslәhәtçi, şöbә müdirinin müavini, şöbә müdiri (2006–2013) işlәmişdir. 2013 ildәn Bakı Mühәndislik Un-tinin dosentidir. Tәdqiqatları Azәrb.-da dövlәt dili, qloballaşmanın dilә tәsiri, dil quruculuğu vә dil siyasәti kimi mәsәlәlәrә hәsr olunmuşdur. 70 elmi әsәrin, o cümlәdәn 4 monoqrafiyanın müәllifidir.
Ə s ә r l ә r i: Azәrbaycanda dövlәt dili. B., 2005; Qloballaşma vә dil: linqvopolitoloji problemlәr. B., 2007; Qloballaşan dünyanın dil mәnzәrәsi. B., 2009.










