HACIZADƏ Əbdürrәhim Mәmmәdiyyә oğlu (16.2.1920, İnçә k., Nuxa qәzası – 3.10.1991, Bakı) – Azәrb.-nın iqtisadi vә sosial coğrafiyaçısı. Coğrafiya e.d. (1971), prof. (1973). 1946 ildә Azәrb. Dövlәt Untinin geologiya-coğrafiya fakültәsini bitirmişdir. Əmәk fәaliyyәtinә ADU-da (indiki BDU-da) başlamışdır. 1960–89 illәrdә iqtisadi coğrafiya kafedrasının müdiri işlәmişdir. Tәdqiqatları iqtisadi-coğrafi әrazi komplekslәrinin araşdırılmasına hәsr edilmişdir. H. 190-dan çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.










