HACİB (әr.
– xidmәtçi, qapıçı) – orta әsrlәrdә Yaxın Şәrq ölkәlәrindә sarayda әn yüksәk vәzifәlәrdәn biri. Saray mәrasimlәrinin tәşkilindә H. mühüm rol oynayırdı. Sәlcuq sultanlarının vә Azәrb. Atabәylәri Eldәnizlәrin sarayında H. böyük nüfuza malik idi. Şәmsәddin Eldәnizin böyük oğlu Mәhәmmәd Cahan Pәhlәvan bir müddәt Sәlcuq sultanı Arslanşahın [1161–76] H.-i olmuşdur.










