Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAÇABUYNUZ ANTİLOP
    HAÇABUYNUZ ANTİLOP (Antilocap ra amerikana) – cütdırnaqlılar dәstәsinin çәngәl buynuzlular fәsilәsindәn mәmәli. Fәsilәnin yeganә müasir növü. Bәdәn quruluşu zәrifdir; uz.140 sm-әdәk, süysün hünd. 105 sm-әdәk, kütlәsi 64 kq-adәk olur. Üzü uzunsov, gözlәri iri, uzun kirpiklidir. Erkәklәrin 25 sm-әdәk olan buynuzları çәngәl şәklindә şaxәlәnmiş (adı buradandır), dişilәrdә bir qәdәr kiçik, yaxud heç olmur. Hәr il dәyişәn buynuzları sümük әsaslıdır. Beli sarımtıl-qәhvәyi çalarlı, qarnı vә yan tәrәflәrinin aşağı yarısı ağdır; quyruğunun dibindә ağ “aynacıq” vardır. H.a. Şimali Amerikanın çöl vә sәhralarında yayılmışdır. Hәm gecә, hәm dә gündüz fәaldır. Müxtәlif otlarla qidalanır. Ən sürәtlә qaça bilәn mәmәli olub, saatda 65 km (qısa mәsa fәlәrdә 95 km-әdәk ) sürәtlә qaça bilir. Yayda H.a. kiçik qruplarla yaşayır, qışda isә sürülәr (yüzlәrlә baş antilop) şәklindә birlәşirlәr. Kürsәyәgәlmә zamanı erkәk fәrd 15-ә dәk dişini әtrafına toplayır. 2 bala doğur. Bizonlarla birlikdә hindilәrin hәyatının әsasını tәşkil edirdi. 1880 ildә 140 mln. fәrddәn artıq olan H.a.-ların sayı azalaraq 1990 ildә tәqr. 19 min baş qalmışdı. 20 әsrin 2-ci yarısında mühafizә tәdbirlәri nәticәsindә H.a.-ların sayı bir neçә yüz min baş olmuşdur. İdman ovçuluğu obyektidir. Tәbiәtdә 8–10 il yaşayır, bağlı saxlanmağa (heyvanxanada, zooparkda) dözmür.
     
    Haçabuynuz antilop (Antilocapra americana).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU