HAÇAPARAQ – İrәvan xanlığının Zәngibasar mahalında (31.12.1937 ildәn Zәngibasar, 14.1.1969 ildәn Masis r-nu), Zәngi çayının sağ kәnarında azәrb.-ların yaşadığı kәnd. 1918 ildә ermәni-daşnak hücumları nәticәsindә kәnd dağıdılmış, әhalisi isә Arazı keçәrәk Türkiyә әrazisinә sığınmışdır. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra qaçqın әhali geri dönmüş vә buranı yenidәn abadlaşdırmışdı. Lakin 1988 ildә kәndin azәrb. әhalisi Azәrb.-a deportasiya olunmuşdur. 3.1.1935 ildә adı dәyişdirilәrәk Zәhmәt, 19.4.1991 ildә isә Xaçpar qoyulmuşdur.










