HADIYEV Somak Sekayeviç (14.1.1882,yaxud 1883, Cәnubi Osetiya, Qanisi k. – 24.10.1931) – osetin yazıçısı, әdәbiyyat tarixçisi, ictimai xadim. S.K.Hadıyevin oğludur. Stavropol ruhani seminariyasını (1903), Derpt (indiki Tartu) un-tini (1908) bitirmişdir. İngilabi hәrәkatda iştirakına görә 1908 ildә Sibirә sürgün edilmiş, burada “Hәbsxana qeydlәri” silsilәsini yazmışdır (1925 ildә nәşr olunmuşdur). 1917 ildә vәtәninә qayıtmışdır. “Rastdzinad” (“Hәqiqәt”) qәzetinin baş redaktoru işlәmişdir. Osetin әdәbi dilinin inkişafında ximәti olmuşdur. Osetin dramaturgiyasının banisidir. “Sәadәt yolçuları” (1928) dramı vәtәndaş müharibәsindәn; “osetin bahadırları” (1929) faciәsi 14 әsrdә Osetiyada baş vermiş kәndli çıxışlarından: “Əcdadların şәrәfi” (1931) povesti Osetiyada kollektivlәşmә dövründәn bәhs edir. Osetin әdәbiyyatını ilk tәdqiq edәnlәrdәn biri olmuşdur.










