HADIYEV Surxay İsmayıl oğlu (d.23.6.1947, Göyçay ş.) – Azәrb. tibb alimi, ümumi cәrrah. Tibb e.d. (1991), prof. (1994). Azәrb. Resp.-nın әmәkdar hәkimi (2000) vә әmәkdar elm xadimi (2009). N.Nәrimanov ad. Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1971). İn-tu bitirәn vaxtdan hәmin in-tun II cәrrahi xәstәliklәr kafedrasında (1994 ildәn prof.) işlәyir. H. Eyni zamanda Azәrb. Tibb Un-tinin II müalicә-profilaktika fakültәsinin dekanı olmuş (1996–98) vә 2016 ildәn Un-tin Tәdris Cәrrahiyyә Klinikasının direktorudur. Tәdqiqatları, әsasәn, qara ciyәr, öd yolları, mәdәaltı vәzi cәrrahlığına hәsr edilmişdir 140-dan artıq elmi әsәrin (20-yә qәdәr ixtira vә sәmәrәlәşdirici tәklifin) müәllifidir.
Ə s ә r i: Кининовая система крови принекоторых хирургических заболеваниях. B., 1979 (B.A.Ağayev ilә birgә).










