Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HADİ SƏBZƏVARİ
    HADİ SƏBZƏVARİ ( ), M o l l a H a d i i b n M e h d i i b n M i r z ә H a d i S ә b z ә v a r i (1797, İran, Sәbzәvar – 1872, orada) – islam filosofu, ilahiyyatçı, şair. İlk tәhsilini Sәbzәvarda almış, Mәşhәddә mәntiq, riyaziyyat, fiqh vә fәlsәfәni öyrәnmişdir. İsfahanda Molla Sәdra mәktәbinә mәnsub olan Molla Əli Nurinin tәlәbәsi olmuşdur. 1826 (yaxud 1827) ildә Mәşhәdә qayıtmış, dәrs demәyә başlamışdır. 1836 (yaxud 1837) ildәn Sәbzә varda yaşamış, orada Tehran vә İsfahan mәktәblәri ilә rәqabәt apara bilәcәk öz mәktәbini yaratmışdır. Ömrünün sonunadәk pedaqoji fәaliyyәtlә mәşğul olmuş, әrәb ölkәlәrindәn tutmuş Hindistana qәdәr müxtәlif bölgәlәrdәn gәlәn çox sayda tәlәbә yetişdirmişdir. Mәzarı üzәrindә әzәmәtli türbә (Əsrar türbәsi) inşa olunmuşdur. Qacarlar dövrünün әn böyük filosofu olan vә, әsasәn, Molla Sәdra tәliminin şәrhçisi kimi tanınan H.S.-nin görüşlәri kәlam, mәşşaiyyә fәlsәfәsi, İşraq nәzәriyyәsi vә irfan tәlimlәri olmaqla dörd nәhәng cәrәyanın sintezinә әsaslanır. Daha çox Farabi, İbn Sina, Ş. Sührәvәrdi, Fәxrәddin Razi, İbn Ərәbi, Mir Damad, Molla Sәdra vә Əbdürrәzzaq Lahicidәn bәhrәlәnmişdir. Əsәrlәri [“Şәrhü qurәril-fәraid” (“Qurәrül-fәraid” әsәrinin şәrhi”), “Əsrarül-hikәm” (“Hikmәtlәrin sirri”) vә s.] kәlam, fәlsәfә vә tәsәvvüfün kәsişdiyi 18 әsrdәn sonrakı islam düşüncәsinin bariz nümunәlәridir. Molla Sәdra vә Rumiyә şәrh vә haşiyәlәr yazmışdır. “Əsrar” tәxәllüsü ilә şeirlәrdәn ibarәt divanı var. H.S.-yә görә, şeylәr “mahiyyәt” vә “vücud”dan meydana gәlir (“zövci-tәrkibi”). Mahiyyәt bütün varlıqları bir-birindәn ayıran, vücud isә onları istisnasız eynilәşdirәndir. Müxtәlif varlıqların vücudları hamısında bir vә eynidir. Bundan başqa, vücud gözlә göründüyü üçün onu tәyin etmәyә ehtiyac yoxdur. İslam fәlsәfәsindә müzakirә mövzusu olan vücud vә mahiyyәt mәsәlәsindә Əhsai vә Sührәvәrdinin әksinә olaraq, Molla Sәdranın ardınca gedәn H.S.-yә görә, mümkün varlıqların mövcudluğunda vücud әsas, mahiyyәt isә әlavәdir. Vücud vә mövcud eyni anda hәm bir, hәm dә çoxdur, yәni çoxluq eyni zamanda birlik, birlik isә çoxluqdur. Onlar sayca çox vә müxtәlif olsa da, әslindә eyni gerçәkliyi ifadә edirlәr.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU