HADİQAİB MAĞARASI – Azәrb.Resp. Şәrur r-nu (Nax. MR) әrazisindә, Hadiqaib yaşayış yeri yaxınlığında, sıldırım qayaların yanında mağara. Uz. 10 m-dәn çox, hünd. 2 m, bәzi yerlәrdә 3 m-dir. Ağız hissәsi aşağıdan daşlarla hörülmüşdür; 2 m içәriyә doğru qazılmış hissәdә itiuclu obsidian (d ә v ә g ö z ü) qәlpәlәri sәpәlәnmişdir. Əldә olunan silah nümunәlәrinә әsasәn mağaranın Daş dövründә ibtidai insanların yaşayış mәskәni olması ehtimal edilir.










