Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAFİZ
    HAFİZ ( ), Şәmsәddin Mәhәmmәd ibn Bәhaәddin Şirazi (tәqr. 1325, Şiraz – tәqr. 1390, Şiraz) – İran şairi. Hәyatı haqqında mәlumat azdır. Savadlı vә kübar ailәdәn idi. Dövrә xas yüksәk mәdrәsә tәhsili almış, tәfsir, kәlam elmlәrini öyrәnmiş, fәlsәfә, әrәb dili vә әdәbiyyatı, musiqi vә müxtәlif sәnәt sahәlәri haqqında mәlumatlı olmuşdur. Quranı әzbәr bildiyindәn "Hafiz" (hafizәli; Quranı әzbәr bilәn) tәxәllüsü ilә tanınmış, müxtәlif dillәrә vә elmlәrә bәlәd olduğu üçün "Lisanül-qeyb" (qeybin bilinmәyәn dili), "Tәrcümanül-әsrar" (sirlәri tәrcümә vә izah edәn) lәqәblәrini qazanmışdır. Şairin mәqbәrәsi Şirazda yerlәşir vә hәr il oktyabr ayının 11-dә burada onun xatirәsinә hәsr edilәn şeir vә sәnәt mәclisi keçirilir. Gәncliyi Şirazda hakim olan İncu sülalәsinin son hökmdarı Əbu İshaqın hakimiyyәti dövrünә tәsadüf etmiş, şeirlәrindә onu vә hakim tәbәqәni mәdh etmişdir. Müzәffәrilәr sülalәsindәn Mübarizәddinin dövründә çәtin günlәr keçirsә dә, onun oğlu Şah Şücanın dövründә yenә hörmәt qazanmış, şöhrәti Anadoludan Hindistana qәdәr yayılmışdır. Ömrünün sonları Əmir Teymurun dövründә keçmişdir. Hәyatı boyu hökmdarların himayәsindә, yüksәk mәnsәbli pәrәstişkarlarının verdiyi vәsait hesabına yaşasa da, şeirlәrindә yoxsulluq vә ehtiyacdan şikayәtlәnmişdir. Yaşadığı dövrdә tәsәvvüf geniş yayıldığı üçün H.-in dә ona maraq göstәrmәsi mәlumdur, lakin şeyxi vә mәnsub olduğu tәriqәt haqqında dәqiq mәlumat yoxdur. Qәsidә, rübai, qitә dә yazmış, lakin ona daha çox qәzәllәri şöhrәt qazandırmışdır. Türkdilli qәzәldә Füzuli zirvә sayıldığı kimi, farsdilli qәzәldә dә H. zirvә sayılır. Dünyagörüşünә, elәcә dә yaradıcılığına X.Şirvani, N.Gәncәvi, X.Kirmani vә b. şairlәrin tәsiri olmuş, C.Rumi, Sәdi, Kәmalәddin İsfahaninin şeirlәrinә cavab yazmışdır; Nizaminin Şәrq şeirinә gәtirdiyi saqinamә vә müğәnninamә poetik formalarını ayrıca mәsnәvi kimi işlәmişdir. H.-in divanı Orta Şәrqdә, Hindistan, Türkiyә vә bәzi Avropa ölkәlәrindә dә tanınmış, mәşhur Avstriya şәrqşünası Hammer-Purqştall tәrәfindәn alman dilinә tәrcümә olunmuşdur (1812–13). Alman şairi İ.V.Göte “Qәrb-Şәrq divanı”nı hәm dә H.-in tәsiri ilә yaratmışdır. H.-in ölümündәn sonra toplanıb hazırlanmış divanının surәti dәfәlәrlә köçürülmüş, bu isә mәtnin tәhrif olunmasına gәtirib çıxarmışdır. H.-in şeirlәrindә dәrin, pәrdәarxası mәna incәliklәri, rәmzi mәzmunlar vә bәdii-estetik ifadәlәr üstünlük tәşkil etdiyindәn, onun divanına çoxsaylı şәrhlәr yazılmışdır. Onlardan әn mükәmmәli Sudinin şәrhidir (1591). Divanın 1424 il tarixli Azәrb. şairi Qasım Ənvara aid nüsxәsi 1928 ildә İran alimi Əbdürrәhim Xalxali tәrәfindәn Tehranda nәşr olunmuşdur. Bu nüsxәdә 496 qәzәl verilmişdir. Ə.Əncәvinin 1967 ildә Tehranda nәşr etdirdiyi divana isә 418 qәzәl, 5 iri hәcmli mәdhiyyә–qәsidә, 29 kiçik qitә, 41 rübai vә 3 kiçik hәcmli mәsnәvi ("Vәhşi ahu", "Saqinamә" vә "Müğәnninamә") daxildir. Bu әsәrlәrdәn bәzilәrinin hәqiqәtәn H.-ә aid olduğunu söylәmәk çәtindir. H.-in qәzәllәri hәm poetik gözәlliyi, hәm bәdii-estetik tәsir gücü, hәm dә mәna incәliyi baxımından diqqәti cәlb edir. Onlar da fәlsәfi ideyalar, irfan vә metafizika, tәnqidi ictimai motivlәr ifadә olunmuşdur. Şairin qәzәllәrindә Quran motivlәri, Qurandan gәlәn hikmәtamiz mәnalar xüsusi yer tutmuşdur. H.-in şeirlәrindә dәrin hәyat fәlsәfәsi sadә vә gözәl bәdii dil ilә ifadә olunduğundan, onun divanı tәkcә savadlı zümrә arasında deyil, sadә xalq arasında da geniş yayılmışdır. Ona dünya şöhrәti qazandıran digәr cәhәt şeirlәrindә bәşәri ideyaların tәrәnnümüdür. Hәr növ elmi, әxlaqi, fәlsәfi mәzmunları ehtiva edәn qәzәllәrindә müxtәlif vәznlәrdәn istifadә etmişdir. H.-in şeirlәrindә mistik görüşlәr, dünyanın faniliyi vә dәrkedilmәzliyi fikirlәri üstünlük tәşkil edir. Mәhәbbәtin timsalında H. hәyatı, onun zövq vә lәzzәtini tәrәnnüm etmiş, axirәtdә verilәcәyi vәd olunan bütün nemәtlәri elә bu dünyada әldә etmәyin mümkün olduğunu göstәrmәyә, mәhәbbәti vә sәadәti göydәn yerә endirmәyә çalışmışdır. Qәzәllәrindә fәlsәfi-arifanә mәzmun daşıyan şәrab, mey, rind vә xәrabat kimi mәfhumlar paklıq vә sәmimilik rәmzi olaraq vaiz, zahid vә fәqih kimi zümrәlәrә qarşı bәdii obraz kimi işlәnmişdir. H.-in bir çox şeirlәrinin lirik qәhrәmanı yersiz-yurdsuz, xarabalıqlarda ömür sürәn sәfil, lakin kefcil, taleyindәn razı, heç kәsdәn tәmәnnası olmadığına görә özünü dünyanın әn xoşbәxt vә sәrvәtli adamı sayan, zalım hökmdarları, yalançı, riyakar din xadimlәrini әlә salan, cәmiyyәtin eybәcәrliklәrinә qarşı duran, mәğrur, azadfikirli rind surәtidir. Əsәrlәri bir çox dillәrә tәrcümә olunmuşdur. H.-in qәzәllәri Azәrb.-da geniş yayılmış, hәtta onların peşәkar ifaçıları (hafizxanlar) olmuşdur. H. qәzәllәrinin Azәrb. dilinә poetik tәrcümәsi 20 әsrin әvvәllәrindәn başlanmışdır. O dövrdә bir sıra klassik fars poeziya nümunәlәrini Azәrb. dilinә çevirәn Mәhәmmәd Hadi H.-in 4 qәzәlini tәrcümә etmişdir. Hadi tәrcümә etdiyi qәzәllәrin tәkcә vәzn, qafiyә vә digәr zahiri cәhәtlәrini deyil, mәzmun vә bәdii obrazlar sistemini dә saxlaya bilmişdir. Bәzi şeirlәrini isә M.Ə.Sabir Azәrb. dilinә tәrcümә etmişdir. 20 әsrin әvvәllәrindә Ü.Hacıbәyli öz әsәrlәrindә H. qәzәllәrindәn istifadә etmişdir. M.Şәhriyar H.-i özünә ustad bilmiş, bir çox qәzәllәrini ona hәsr etmiş, ona farsca 100-dәn çox nәzirә yazmışdır.
    Ə s ә r l ә r i: Seçilmiş әsәrlәri. B., 1967; Газели. М., 1984; Hafiz Şirazi. Seçilmiş şeirlәr. B., 2004. Əd.: M a z ı o ğ l u H. Fuzuli-Hafız. Ankara, 1956; Б е р т е л ь с Е.Э. История персидской-таджикской литературы. Избр. труды. Т. 1, М., 1960; История персидской и таджикской литературы (подред. Я.Рипка). М., 1970; Б р а г и н с к и й И.С. 12 миниатюр. 2 изд. М., 1976; Р е й с н е р М.Л. Эволюция классической газели на фарси (X–XIV века). М., 1989; H u m a y u n f ә r r u x R. Hafizi-Xarabati. Tehran, 1369; Z ә r r i n k u b Ə. Baholleyi-karevan. Tehran, 1382; L e w i s o h n L. Hafez and the Religion of Love in classical Persian Poetry. London, 2010.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU