HAFİZ (әr.
– hifz edәn, hafizәsindә saxlayan) – Quranı, hәmçinin çox sayda hәdisi әzbәr bilәn şәxs. Quranda “H.” sözü ilahi atribut kimi işlәnir (12:64; 15:9; 21:82). Hafizlik islamın ilk dövrlәrindәn әhәmiyyәt kәsb etmiş vә cәmiyyәtdә hörmәtlә qarşılanmışdır. Quranı öyrәn mәklә bağlı tәşviqlәrin çoxu tәkcә onu әzbәrlәmәyi deyil, hәm dә onun mәna vә ehtivasını anlamaq mәqsәdi daşıyırdı. Hәdis H.-lәri çox hәdis bilmәklә yanaşı, Mәhәmmәd peyğәmbәrdәn gәlәn rәvayәtlәri vә bu rәvayәtlәrin sәnәdlәri arasındakı fәrqlәri, elәcә dә hәdislәrin mәnbәlәrinin doğruluğunu yaxşı bilmәlidirlәr. H.-lәr islam irsi vә әsas mәnbәlәrinin qorunması vә ötürülmәsindә mühüm rol oynamışlar.










