HAFİZİ ƏBRU (
), Ş ә h a b ә d d i n A b d u l l a h i b n L ü t f u l l a h i b n Ə b d ü r r ә ş i d ә l - X ә v a f i [tәqr. 1362, Herat – 25.6.1430 (bәzi mәnbәlәrdә 1451), Zәncan] – İran tarixçisi, coğrafiyaşünas. Teymuri hökmdarları Əmir Teymuru vә Şahrux Mirzәni yürüşlәri zamanı müşayiәt etmiş, sonuncunun saray tarixçisi olmuşdur. 1411 ildә yazılmış vә Teymurun ölümünәdәk olan hadisәlәrdәn bәhs edәn “Zeyli Zәfәrnameyi Şami” (“Şam zәfәr-namәsinin davamı”), Şahruxun hakimiyyәt dövründәn bәhs edәn “Tarixi-Şahrux Mirzә” әsәrlәrinin müәllifidir. Teymurilәr sülalәsindәn olan hökmdarlar, qıpçaqlar, onların mәskunlaşdıqları әrazilәr haqqında qiymәtli mәlumatlar verilmiş 4 cildlik “Mәcmә әt-tәvarix әs-sultaniyyә” (“Hökmdarların tarixinin mәcmuәsi”; 1427 ildә tamamlamışdır) vә “Mәcmuә” (yaxud “Coğrafiya”) әn mәşhur әsәrlәridir. “Mәcmә әt-tәvarix әs-sultaniyyә”dә peyğәmbәrlәrin tarixinә, qәdim fars miflәri vә İranın әrәb istilalarına qәdәrki tarixinә, monqollar dövrünә vә s. mәlumatlar yer almışdır. Baysunqura hәsr olunmuş vә “Zübdәt әt HAFİZİ ƏBRU ( ), Ş ә h a b ә d d i n A b d u l l a h i b n L ü t f u l l a h i b n Ə b d ü r r ә ş i d ә l - X ә v a f i [tәqr.1362, Herat – 25.6.1430 (bәzi mәnbәlәrdә 1451), Zәncan] – İran tarixçisi, coğrafiyaşünas. Teymuri hökmdarları Əmir Teymuru vә Şahrux Mirzәni yürüşlәri zamanı müşayiәt etmiş, sonuncunun saray tarixçisi olmuşdur. 1411 ildә yazılmış vә Teymurun ölümünәdәk olan hadisәlәrdәn bәhs edәn “Zeyli Zәfәrnameyi Şami” (“Şam zәfәr-namәsinin davamı”), Şahruxun hakimiyyәt dövründәn bәhs edәn “Tarixi-Şahrux Mirzә” әsәrlәrinin müәllifidir. Teymurilәr sülalәsindәn olan hökmdarlar, qıpçaqlar, onların mәskunlaşdıqları әrazilәr haqqında qiymәtli mәlumatlar verilmiş 4 cildlik “Mәcmә әt-tәvarix әs-sultaniyyә” (“Hökmdarların tarixinin mәcmuәsi”; 1427 ildә tamamlamışdır) vә “Mәcmuә” (yaxud “Coğrafiya”) әn mәşhur әsәrlәridir. “Mәcmә әt-tәvarix әs-sultaniyyә”dә peyğәmbәrlәrin tarixinә, qәdim fars miflәri vә İranın әrәb istilalarına qәdәrki tarixinә, monqollar dövrünә vә s. mәlumatlar yer almışdır. Bay sunqura hәsr olunmuş vә “Zübdәt әttә varixi Baysunquri” adlanan, әsәrin dördüncü hissәsi Teymurun vә Şahruxun hakimiyyәti dövründәn bәhs edir. İstәxrinin “Mәsalikül-mәmalik” әsәrindәn vә digәr әsәrlәrdәn istifadә yolu ilә, elәcә dә öz müşahidәlәri әsasında 1414 ildә Şahruxun göstәrişi ilә yazmağa başladığı “Mәcmuә” әsәrindә Ərәbistan y-a-nın, hәmçinin Əndәlisdәn vә Mәğrib ölkәlәrindәn başlayaraq Şәrqә doğru müxtәlif ölkәlәrin coğrafiyası, xüsusilә Fars, Kirman vә Xorasanın coğrafiyası vә tarixi haqqında geniş mәlumat vermişdir. “Zeyli Came әt-tәvarixi Rәşidi” (“Rәşidin Came әt-tәvarix әsәrinin davamı”), “Dastani Sultan Əbu Sәid Bahadur xan bin Ulcaytu” (“Ulcaytunun oğlu Sultan Əbu Sәid Bahadur xanın dastanı”) әsәrlәrindә Hülakular dövlәti haqqında zәngin mәlumat var. Yaxın Şәrq, o cümlәdәn Azәrb.-ın 14 әsr tarixinin öyrәnilmәsindә mühüm mәnbәlәrdәn olan H.Ə.-nun әsәrlәri V.V.Bar told vә digәr şәrqşünaslar tәrәfindәn tәdqiq edilmişdir.










