HAFNİUM (lat. Hafnium), Hf – kimyәvi element, dövrü sistemin qısa formasının IV qrupundadır (uzun formasının 4-cü qrupun dadır), keçid metalıdır, at.n. 72, at.k. 178,49. Tәbii H. 6 izotopdan ibarәtdir: zәif radioaktiv 174Hf(0,16%, T1/22·1015 il, α-şüalandırıcı) vә stabil 176Hf(5,26%), 177Hf(18,6%), 178Hf(27,28%), 179Hf(13,62%), 180Hf(35,08%). Kütlә әdәdlәri 151, 154–185 olan radioaktiv izotopları süni yolla alınmışdır.
Tarixi arayış. H.-un dövri sistemdә yeri 1870 ildә D.İ.Mendeleyev tәrәfindәn әvvәlcәdәn göstәrilmişdir. Element 1923 ildә sirkonium filizlәrinin rentgenspektral analizi zamanı Q.Heveşi vә Niderland fiziki D.Koster tәrәfindәn aşkar edilmişdir: adı son lat. Hafnia sözündәn yaranmışdır ki, bu da elementin kәşf edildiyi yer – Kopenha gen demәkdir. H. döyülmüş halda ilk dәfә 1925 ildә Niderland kimyaçıları Y.X. de Bur vә A. van Arkel tәrәfindәn alınmışdır.
Tәbiәtdә yayılması. H.-un yer qabığında kütlәcә miqdarı 3,2·10–4 %-dir; sәpәlәnmiş elementlәrә aiddir. Xüsusi mineralı yoxdur vә tәbiәtdә sirkoniumu müşaiyәt edir. H. naegit, malakon (hәr iki mineralda kütlәcә 7%-әdәk H. var) vә alvit (kütlәcә 15%-әdәk H.) kimi nadir minerallarda daha çox olur.
Xassәlәri. Atomun xarici elektron tәbәqәsinin quruluşu 5d26s2; birlәşmәlәrdә +4, nadir hallarda +3, +2 oksidlәşmә dәrәcәlәri göstәrir. Polinqә görә elektromәnfiliyi 1,3; atom radiusu 156 pm , Hf4+ ion radiusu 82 pm (koordinasiya әdәdi 6). H.gümüşü-ağ (toz halında tünd-boz) plastik metaldır; tәr. 2230°C, tqayn. tәqr. 4600°C, sıxlığı 13310 kq/m3. Heksaqonal sıx yerlәşmiş α-modifikasiyası 1740℃-dәn aşağı, kubik β-modifikasiyası 1740-dәn yuxarı temp-rda davamlıdır. İstilik tutumu 25,7C/(mol·K), xüsusi elektrik müqavimәti 40,0·10–8Om·m (20°C) vә 170·10–8Om·m (1500°C). H. istilik neytronları üçün yüksәk zәbtetmә kәsiyinә (115·10–28m2) malikdir. Yunq modulu 78 GPa, Brinellә görә bәrkliyi 1700MPa. H.-un mexaniki xassәlәri tәrkibindәki qarışıqların miqdarından asılı olub, onun alınma üsulu vә tәmizlәnmәsi ilә müәyyәn edilir. Tәmiz H.-u yaymaq, döymәk, ştamplamaq olur. Kompakt şәkildә H. havada davamlıdır vә yalnız 500–600°C-yә qәdәr qızdırdıqda tәdricәn oksidlәşmәyә başlayır, 700°C-dәn yuxarı temp-rda dioksid HfO2 әmәlә gәtirir. Tozşәkilli H. pirofor xassәlidir. 300°C temp-ra qәdәr su buxarının tәsirinә davamlıdır. Qәlәvi mәhlulları, 100℃-yә qәdәr isә HCl, H2SO4 vә HNO3 ilә qarşılıqlı tәsirdә olmur, lakin mineral turşuların qarışığında vә xüsusilә flüorid ionların iştirakında hәll olur. Qızdırıldıqda halogenlәrlә qarşılıqlı tәsirindәn tetrahalogenidlәr alınır. Nitrid HfN, karbid HfC, silisid HfSi, HfSi2 vә s. әmәlә gәtirir ki, bunlar da çәtinәriyәn birlәşmәlәrdir. H.-un әhәmiyyәtli birlәşmәlәrinә dioksid HfO2, tetra flüorid HfF4, tetra xlorid HfCl4, tetrayodid HfJ4, ümumi formulu HfO2·xH2O olan hidroksidlәri, hidroksinitrat Hf(OH)2(NO3)2·H2O, hafnatlar (hidroksidlәrin duzları), flüorhafnatlar (H. tetra flüoridin metalların flüoridlәri ilә komplekslәri) aiddir. Hafnium-tetraxloridin maqneziumla vә hafnium-tetraflüoridin kalsiumla reduksiyasından müvafiq olaraq süngәr vә külçә şәkilli metallik H. alınır. HfO2-nin 1000–1100°C-dә kalsiumla vә ya K2HfF6-nın 700–800°C-dә natriumla reduksiyasından toz halında H. alınır. Tәmiz H. yodla tәmizlәmә üsulu ilә, xüsusi tәmiz H. isә hafniumyodidin elektron-şüa ilә әridilmәsindәn alınır. H. aviasiya vә gәmiqayırma sәnayesindә hәrarәtәdavamlı әrintilәrin legirlәnmәsindә, plazma qurğuları katodlarının materialı kimi istifadә olunur. H.-un Co vә Ni ilә intermetal birlәş mәlәri üzvi birlәşmәlәrin hidrogenlәşmә vә hidrogenoliz katalizatorlarının әsasını tәşkil edir. Hafniumdioksid keramika hazırlanmasında, HfF4 flüorid şüşәlәrinin komponenti kimi işlәnir. H.-un çәtin әriyәn birlәşmәlәri alәtlәrin, qaz turbinlәri pәrlәrinin yeyilmәyә davamlı örtüklәri şәklindә tәtbiq edilir.










