HAFTONİ – Azәrb. Resp. Lәnkәran r-nunda qәsәbә. Haftoni ә.d.-nin (Haftoni qәs., Xanlıqlı vә Talışlı k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 8 km q.-dә, Burovar silsilәsinin әtәyindәdir. Əh. 2145 (2020); tәrәvәzçilik, çayçılıq vә heyvandarlıqla mәşğuldur. Çay f-ki, tam orta mәktәb, uşaq bağçası, kitabxana, klub, poçt, tibb mәntәqәsi, Lәnkәran İstisu vә Sağlamlıq Mәrkәzi, ATS; mәscid, arxeoloji abidәlәrdәn Tunc dövrünә aid 7 kurqan var.










