HAXIS – İrәvan xanlığı Vedibasar mahalının (9.9.1930 ildәn Vedi, 15.5.1968 ildәn Ararat r-nu) Cığındәrә bölgәsindә, Haxıssu çayının (Vedi çayının sol qolu) kәnarında azәrb.-ların yaşadığı kәnd. 1918–20 illәrdә kәnd ermәni-daşnak hücum larına mәruz qalaraq bütünlüklә dağıdılmış, әhalisi qovulmuşdur. 1930-cu illәrdә qaçqın әhali geri dönәrәk kәnddә yenidәn mәskunlaşmış, lakin 1950 ildә Azәrb.-a deportasiya olunaraq, әsasәn, Bәrdә r-nunun Xan qәrvәnd k.-nә (son inzibati әrazi bölgüsünә әsasәn kәnd Goranboy r-nunun әrazisinә daxil edilmişdir) yerlәşdirilmişdir.










